Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının statistikasına görə, ana dilindən “2” alan məzunların çoxluğu təəssüf doğurur.
SalamNews-un verdiyi xəbərə görə, bunu ana dilinin təkminləşdirilməsi ilə bağlı keçirilən tədbirdə Milli Teleradio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli söyləyib.
O bildirib ki, ana dilindən bu qədər şagirdin “2” qiyməti alması, gələcəkdə ana dilimizin ziyanına ola bilər. Bu yöndə tədbirlərin görülməsi vacibdir: “Azərbaycanda bəzi yüksək instansiyalarda işləyənlərin çoxu öz ana dilini bilmir. Belə şəxsləri bir çox televiziya kanalı ekspert kimi proqramlara dəvət edir. Nəticədə xoşagəlməz mənzərə yaranır.