Azərbaycan Mətbuat Şurasında (AMŞ) “Onlayn media və Qarabağ mövzusu” adlı “dəyirmi masa” keçirilib. MŞ sədri Əflatun Amaşov Şuranın beynəlxalq münasibətlər komissiyasının xətti ilə bu mövzuda yeni layihəyə start verildiyini bildirib.
SalamNews xəbər verir ki, tədbirdə internet medianın Mətbuat Şurası üçün prioritet sahəyə çevrildiyini vurğulayan sədr bu ilin “İnternet media ili” elan edilməsilə əlaqədar bir sıra tədbirlərin gerçəkləşdiriləcəyini deyib. Qeyd olunub ki, icrasına başlanılan layihə təşəbbüsün tərkib hissəsidir. Əvvəl internet media resurslarının monitorinqi aparılacaq. Daha sonra mövzuya daha çox üstünlük verən elektron media resursları mükafatlandırılacaqlar.
MŞ-nin beynəlxalq münasibətlər komissiyasının sədri, Milli Məclisin deputatı Cavanşir Feyziyev, MŞ İdarə Heyətinin üzvü, “Paralel” qəzetinin baş redaktoru Tapdıq Abbas, Modern.az saytının rəhbəri Elşad Eyvazlı onlayn mediada keyfiyyət göstəricilərinin yüksəldilməsi baxımından layihənin üstünlüklərindən bəhs ediblər.
– See more at: http://salamnews.org/az/news/read/114733#sthash.s6yR4l2N.dpuf