AMŞ-də Rəşad Məcidin “Dəlicəsinə” kitabının təqdimatı olub

Azərbaycan Mətbuat Şurasında (AMŞ) yazıçı-jurnalist Rəşad Məcidin “Dəlicəsinə” kitabının təqdimat mərasimi keçirilib.

SalamNews xəbər verir ki, AMŞ sədri Əflatun Amaşov “525-ci qəzet”in baş redaktoru, Mətbuat Şurası İdarə Heyətinin üzvü Rəşad Məcidin peşə fəaliyyəti ilə yanaşı, yazıçılıq məharitini də müfəssəl təhlil edib. Bildirilib ki, müəllifin 5-ci kitabı olan “Dəlicəsinə” əsəri “Yaşadıqlarım”, “Cördüklərim”, “Tanıdıqlarım” və “Dediklərim” fəsillərinə bölünüb. Müəllif bu fəsillərin adına uyğun olaraq bədii təxəyyülünü, dünyagörüşün ortaya qoyur.

Tədbirdə BDU jurnalistika fakültəsinin professoru, nəşrə “Ön söz”ü yazmış Cahangir Məmmədli, yazıçı Yunus Oğuz, jurnalistlər – İradə Tuncay, Elçin Mirzəbəyli və başqaları Rəşad Məcidin yaradıcılığından, konkret olaraq “Dəlicəsinə” nəşrinin bədii xüsusiyyətlərindən söz açıblar.

Müəllif çıxış edərək kitabın ərsəyə gəlməsi ilə bağlı mülahizələrini bölüşüb və təqdimatın təşkilində əməyi olanlara, iştirakçılara təşəkkür edib.

“Dəlicəsinə” kitabı “Təhsil” nəşriyyatında 500 nüsxə ilə çap olunub.

– See more at: http://salamnews.org/az/news/read/120728#sthash.G6wREu7l.dpuf

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO