AMŞ-də hərbi vətənpərvərlik mövzusunda “dəyirmi masa” keçirilib

Zərdabi Mətbuat Mərkəzi Azərbaycan Mətbuat Şurasında (AMŞ) “Hərbi vətənpərvərlik tərbiyəsindən qəhrəmanlıq zirvəsinədək” layihəsi çərçivəsində “dəyirmi masa” keçirib.

SalamNews xəbər verir ki, tədbir “Hərbi Vətənpərvərlik və Mütəxəssis hazırlığı Mərkəzi” MMC-nin, “Atilla” jurnalı redaksiyasının dəstəyi ilə reallaşıb.

Zərdabi Mətbuat Mərkəzinin sədri Rəhim Hüseynzadə hərbi vətənpərvərlik tərbiyəsi ilə bağlı KİV-də getmiş materialları monitorinqlərinin nəticələrini təhlil edib. O bildirib ki, bütün qurumlarla yanaşı, medianın da deyilən istiqamətdəki fəaliyyətində fasilənin, sistemsizliyin mövcudluğu yolverilməzdir. Buna görə də zəngin ənənələrə malik “Hərbi Vətənpərvərlik və Mütəxəssis hazırlığı Mərkəzi” MMC-nin və “Atilla” jurnalının sözügedən layihənin ardıcıl həyata keçirməyi məqsədə müvafiqdir.

“Vətən” MMC-nin sədri, Qarabağ döyüşlərinin qəhrəmanı, “Azərbaycan Bayrağı” ordenli İbad Hüseynova xatirə hədiyyəsi təqdim edilib.T

Milli Məclisin deputatı Cavanşir Feyziyev, BQU jurnalistika fakültəsinin professoru Nəsir Əhmədov və digər natiqlər çıxış edərək layihənin icrasının davamlı olması və monitorinqlərin mütəmadi keçirilməsi zərurətini vurğulayıblar. Həmçinin AMŞ nəzdində “Hərbi Vətənpərvərlik Qurumu” şərti adı ilə fəaliyyət göstərəcək bir təşkilatın yaradılmsı təklifi irəli sürülüb.

– See more at: http://salamnews.org/az/news/read/98510#sthash.5s3NZsAg.dpuf

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO