Mətbuat Şurasının “Beynəlxalq münasibətlər mövzusu ölkəmizin Kütləvi İnformasiya Vasitələrində: mövcud durum və peşəkarlığın artırılması yolları” mövzusundakı layihəsi çərçivəsində Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş “Azərbaycan beynəlxalq münasibətlər sistemində” müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
SalamNews-un xəbərinə görə, tədbirdə çıxış edən MŞ sədri Əflatun Amaşov bildirib ki, bu tədbir müsabiqənin ikinci mərhələsidir. Bundan sonra keçiriləcək üçüncü mərhələ daha əsas götürüləcək. Çünki jurnalistlərin xarici dil bilgilərinə üstünlük veriləcək. Üçüncü mərhələdə qalib gələcək jurnalistlər Türkiyə ilə yanaşı, Avropa ölkələrində də müxtəlif qəzetlərdə təcrübəyə göndəriləcəklər.
O deyib ki, müsabiqəyə 60-a yaxın yazı təqdim olunub. Həvəsləndirici mükafatların sayı 21-dir, dörd müxtəlif bölgə mətbuatından da yazılar göndərilib ki, biz həmin yazıları da təhlil etmişik.
Sonra qalib jurnalistlərə mükafatlar verilib. On iştirakçı xəbər agentliyi arasında SalamNews, AzərTac və APA-dan sonra fəxri yer tutaraq plaketlə təltif edilib.
– See more at: http://salamnews.org/az/news/read/125428#sthash.kG9cQbAQ.dpuf