Amerikanın məşhur “Time ” jurnalının baş redaktoru ilk dəfə qadın olacaq

Amerikanın məşhur “Time” jurnalının baş redaktoru ilk dəfə qadın olacaq.

SalamNews-un RİA “Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “Time” internet-portalı məlumat yayıb.

Bildirək ki, “Time”ın baş redaktorluğunu edəcək Nensi Qibbs (Nancy Gibbs) artıq 28 ildir, jurnalda çalışır, 2011-ci ildən etibarən isə baş redaktorun müavini vəzifəsini daşıyır. Bundan əvvəl jurnalın baş redaktoru Riçard Stenqel idi. Stenqelin ötən gün ölkə prezidenti Barak Obama tərəfindən ABŞ-ın İctimai diplomatiya məsələləri və ictimaiyyətlə əlaqələr üzrə dövlət katibinin müavini vəzifəsinə namizədliyi irəli sürülüb.

“Qibbs “Time”ın 174 baş məqaləsinin müəllifidir. Jurnalın tarixində bundan artıq baş məqalə yazan olmayıb. O, həmçinin müasir siyasət barədə ən çox satılan iki kitabın müəlliflərindən biridir. Qibbs siyasətdən uşaq tərbiyəsinə qədər müxtəlif mövzularda yazır. Qibbs uzun illər ərzində ən qısa müddət kəsiyində olduqca çətin məqalələri yazıb, bu rekord heç zaman yenilənməyəcək.”, – Stenqel bildirib.

– See more at: http://salamnews.org/az/news/read/93780/amerikanin-meshhur-time-jurnalinin-bash-redaktoru-ilk-defe-qadin-olacaqnbsp/#sthash.q1YfxpMd.dpuf

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO