«Media forum» saytının məlumatına görə, İran Xarici İşlər Nazirliyinin sözçüsü Həsən Qəşqavi jurnalistlərlə söhbətində amerikalı jurnalistin qanunsuz fəaliyyət göstərdiyini vurğulayıb: «Son üç ildə onun fəaliyyəti qanunsuz olub. Bu xanımın müxbir kimi qeydiyyatını üç il əvvəl İrşad Nazirliyi geri alıb».
Qeyd edək ki, Roksana tutulduqdan sonra ABŞ-da yaşayan atasına zəng edərək tanımadığı şəxsdən bir şüşə çaxır satın aldıqdan sonra saxlandığını desə də, İran rəsmiləri bu barədə hər hansı bir açıqlama verməyiblər.
«Media forum»