Almaniyada «Hizbullah»ın telekanalına qadağa qoyublar

Nazirlik hesab edir ki, kanalın televiziya verilişləri Almaniya Konstitusiyasının 9-cu maddəsini pozur. Qeyd edək ki, həmin maddənin 2-ci bəndinə görə, «Məqsəd və fəaliyyətləri konstitusiya quruluşu və xalqların həmrəylik ideyalarına qarşı yönələn yaxud cinayət qanunlarına zidd olan təşkilatlar qadağan olunur».

Qeyd edək ki, İran modelinə uyğun Livanda islam dövlətinin yaradılması uğrunda çalışan «Hizbullah» şiə qurumu ABŞ tərəfindən terror təşkilatları siyahısına salınıb. Birləşmiş Ştatlarda ona məxsus «Əl-Manar» telekanalının yayımına qadağa qoyulub. Bir qədər əvvəl telekanalın fəaliyyəti Fransada və iki dəfə Avstraliyada dayandırılmışdır. Ərəb dilindən «məşəl» kimi tərcümə olunan «Əl-Manar» İsrailə qarşı əhval-ruhiyyənin yaradılması və antisemitizmdə günahlandırılır.

Mənbə: lenta.ru

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO