Almaniya hökuməti jurnalistlərin hüquq və azadlıqlarını genişləndirən qanun layihəsini qəbul edib. Bu barədə Almaniya Ədliyyə naziri Sabin Loytxoyser məlumat verib, – “Lenta” xəbər verir.
Xüsusi olaraq, qanun layihəsinə görə, jurnalistlər dövlət sirlərini açdıqları təqdirdə dövlət qurumları tərəfindən təqib olunmayacaqlar. Söhbət gizli sənədlərin aşkara çıxarılmasından gedir.
Qanun layihəsi həmçinin polislərə jurnalistlərin üzərində axtarışlar aparmağı da qadağan edir. Bundan sonra yalnız xüsusi icazə olduqdan sonra polis jurnalistin üzərində axtarış apara bilər.