“Ali və Nino” əsəri ilə bağlı araşdırmaların nəticələrinin təqdimatı keçirilib
Bu gün Azərbaycan Dillər Universitetinin (ADU) İnformasiya Resurs Kompleksində (İRK) ABŞ-da nəşr olunan “Azerbaijan İnternational” jurnalınını redaktoru, tədqiqatçı Betti Bleyer “Ali və Nino” əsəri ilə bağlı araşdırmasının nəticələrinin təqdimatını keçirib. ADU-nun mətbuat xidmətindən RİYAD MEDİA-ya verilən xəbərə görə, Tədbirdə ADU-nun Tədris iləri üzrə prorektoru, professor Natiq Yusifov, Filologiya fakültəsini dekanı, professor Fikrət Cahangirov, Tərcümə fakültəsinin dekanı, dosent Vilayət Hacıyev, ADU-nun İnformasiya Resurs Kompleksinin direktoru Şəhla Xudiyeva və universitetin tələbələri iştirak edirdi.
Təqdimatı giriş sözü ilə açan universitetin İRK-nin direktoru Şəhla Xudiyeva amerikalı qonağı tədbir iştirakçılarına təqdim etdi. O, “Azerbaijan İnternational” jurnalının redaktoru olan Betti Bleyerin fəaliyyəti barəsində geniş məlumat verdi. ADU-nun Tədris işləri üzrə prorektoru, professor Natiq Yusifov isə çıxışında amerikalı tədqiqatçının apardığı araşdırmaları yüksək qiymətləndirdi.
Daha sonra söz “Azerbaijan İnternational” jurnalınını redaktoru, tədqiqatçı Betti Bleyerə verildi. Redaktoru olduğu jurnalın fəaliyyətindən danışan Betti Bleyer bildir ki, məcmuə 1993-cü ilədn nəşr olunur. O, ötən müddət ərzində jurnalın 55 sayının dərc olunduğunu dedi. Onun sözlərinə görə, jurnalla yanaşı, azer.com ünvanlı internet sayt da fəaliyyət göstərir. İnternet səhifəsində 2000 məqalə və 6000 fotoşəklin yer aldığını bildirən jurnal redaktoru əsasən incəsənət və ədəbiyyat sahələrinə maraq göstərdiklərini qeyd etdi. “Əli və Nino” əsəri ilə bağlı araşdırmalarına toxunan B. Bleyer tədqiqatı zamanı maraqlı məqamlar ortaya çıxardığını tədbir iştirakçılarının diqqətinə çatdırdı. O, 1920-ci illərin sonlarında qələmə alınmış “Əli və Nino” romanın ilk dəfə Qurban Səid imzası ilə 1937-ci ildə Vyanada alman dilində nəşr edildiyini dedi. 1944-cü ildə italyanca nəşr olunan ikinci nəşrdə isə əsərin müəllifi Lev Nissembaumu (Əsəd bəy) göstərilir. Betti Bleyer əsərin tədqiqi zamanı Azərbaycan Milli Dövlət Arxivindən, Əlyazmalar İnstitutunun arxivindən, eləcə də Avstriya, Almaniya və Gürcüstandakı mənbələrdən bəhrələndiyini bildirdi.
Tədqiqatı zamanı maraqlı faktlar ortaya çıxardığını deyən jurnal redaktoru vurğuladı ki, əsərdə qeyd olunan məqamlarla əsərin müəllifləri olduğu iddia olunan şəxslərin fikirləri üst-üstə düşmür. Belə ki, sənədlərdə əsərin müəllifi olduğu iddia olunan Əsəd bəyin tərcümeyi-halında göstərilən məqamlarla, əsərdəki hadisələr uyğunlaşmır. Azərbaycanda XX əsrin əvvəllərində siyasi proseslərə toxunan Betti Bleyer əsərin həqiqi müəllifi olduğu deyilən yazıçı Yusif Vəzir Çəmənzəminlinin də həyatını araşdırdığını vurğuladı. O, bildirdi ki, araşdırma zamanı Yusif Vəzir Çəmənzəminlinin həyatında qeyd olunan məsələlərlə “Əli və Nino” əsərində cərəyan edən hadisələrin uyğunluq təşkil etdiyini ortaya çıxarıb: “Əsərin baş qəhrəmanı Əli xan kimi öz əksini tapıb. Yusif Vəzr Çəmənzəminli ilə bağlı araşdırma apararkən, onun Əli xan Çəmənzəminli adı ilə yazılan bir məktub əldə etdim. Və bu sənəd onu gösrərir ki, əsərin müəllifi Yusif Vəzr Çəmənzəminlidir”.Betti Bleyer redaktoru olduğu jurnalın sonunci sayının məhz apardığı araşdırmaya həsr olunduğunu qeyd etdi. O, sözlərinə onu da əlavə etdi ki, “Əli və Nino” romanı indiyədək 33 dildə çap edilib.