Ali təhsili olmayan şəxslər və əcnəbilər qəzet redaktoru ola bilməyəcək

Qanuna ediləcək əlavələr barədə məlumat verən Milli Məclisin mədəniyyət məsələləri daimi komissiyasının sədri Nizami Cəfərov deyib ki, KİV redaktoru və ya baş redaktorunun əcnəbi olması problemlər yaradır. O həmçinin qeyd edib ki, mətbu orqanın baş redaktoru və redaktoru ali təhsilli olmalıdır: “Təcrübə göstərir ki, reket qəzetlər və sarı mətbuat orqanlarına əsasən ali təhsili olmayanlar başçılıq edir. Redaktor və ya baş redaktor funksiyasını yerinə yetirənlərin bəzilərinin bir dənə də olsun məqaləsi çıxmır”, – deyə, millət vəkili əlavə edib.

day.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO