Ali məktəblərdə iqlim dəyişikliyi ilə bağlı tələbə jurnalistlər üçün kurslar keçiriləcək. Trend-in məlumatına görə, bunu “Ekoloji stabillik və iqlim dəyişmələri mövzusu müasir mətbuatda” tədris proqramının təqdimatı zamanı Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib. Onun sözlərinə görə, bu proqramın Təhsil Nazirliyi tərəfindən təsdiqlənməsi istiqamətində işlər aparılır.
“Artıq bununla bağlı Təhsil Nazirliyi ilə danışıqlar aparılır və çox yaxın vaxtlarda proqram nazirlik tərəfindən təsdiq olunacaq”, – Amaşov bildirib.
O, qeyd edib ki, həmin tədris proqram Mətbuat Şurası ilə YUNESKO-nun Moskva ofisinin birgə layihəsi əsasında hazırlanıb.
Bu proqram ilk dəfə Azərbaycanda hazırlanır və YUNESKO-nun xətti ilə təşkilata üzv olan dövlətlərdə də yayılacaq.
Milli.Az