Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyarın 100 illik yubileyi münasibətilə İranın və Azərbaycanın müasir qadın şair və yazıçılarının bir qrupuna Təbrizdə “Ziya” mükafatı təqdim olunub. Mükafata layiq görülən xanım yazıçı və şairlər arasında Azərbaycandan Prezident təqaüdçüsü Nurəngiz Gün, “Məhsəti” Şairlər Məclisi İctimai Birliyinin sədri Fəridə Ləman, “Qafqaz Media” İctimai Birliyinin sədri Azadə Taleh, “Kitab Evi”nin direktoru, yazıçı-publisist Salatın Əhmədli, şair Zərəngiz Dəmirçi Qayalı və başqaları var. Məlumat üçün bildirək ki, “Ziya” mükafatı “Fəcr-E Sübhan-E Muğan” şirkəti tərəfindən təsis olunub.