Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev ölkənin bir qrup şair və yazıçı ilə görüşəcək.
Görüş iyunun 16-da saat 12-də şuranın ofisində (Bakı, Fikrət Əmirov küçəsi, 1) keçiriləcək. QHT-lərə Dövlət Dəstəyi Şurasından verilən məlumata görə, görüşdə məqsəd vətəndaş cəmiyyətinin möhkəmlənməsində qələm adamlarının potensialından istifadə yollarının müzakirəsidir. Müzakirələrə 20-yə yaxın şair və yazıçının dəvət olunduğu bildirilib.