Azərbaycanın inkişaf edən internet provayder şirkəti olan “Ailə NET” yeni tarifin tətbiqinə başlayır. İyulun 1-dən etibarən tətbiq olunacaq yeni tarifə əsasən, abonentlər internet şəbəkəsinə digər tariflərlə yanaşı 2m.bits sürətlə də qoşula biləcəklər.
“Ailə TV” şirkətinin mətbuat xidmətindən SalamNews-a verilən məlumata görə, internet provayder şirkəti bazarın analizi və eləcə də abonentlər tərəfindən daxil olan təkliflər əsasında yeni tarifin tətbiqinə start verir. Yeni tarifə əsasən, artıq Ailə NET istifadəçiləri 2 m.bits internet qoşulmaya görə 15 AZN miqdarında abunə haqqı ödəyəcəklər ki, bu da hazırkı şəraitdə internet bazarında ən əlverişli tarif olacaq. “Ailə TV” abunəçilər üçün isə “Ailə NET” daha bir yeniliyə imza atıb. Belə ki, yeni qaydaya əsasən, abunəçilər “Ailə TV” və “Ailə NET” xidmətlərini eyni zamanda seçərlərsə, bu zaman 2 m.bits internet qoşulmaya görə sadəcə 9 AZN abunə haqqı ödəyəcəklər.
İyulun 1-dən yeni tarifin tətbiqinə start verən şirkət eyni zamanda əhatə dairəsini də genişləndirir. Hazırda Bakı və Gəncə şəhərlərində fiber-optik texnologiya bazasında genişzolaqlı yüksəksürəli internet qoşulma tətbiq edən şirkət, Bakı şəhrnin ən böyük rayonlarında Nizami, Xətai, Yasamal və 1-9 Mikrorayonlarda internet qoşulma həyata keçirir.
Bundan başqa, bir neçə ay əvvəl Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə şəhərində də xidmətlərin göstərilməsinə start verən şirkət, burada da əhatə dairəsini genişləndirib və şəhərin ən böyük prospekt və küçələri şirkətin əhatə dairəsinə daxil edilib.
Hazırda şirkət bazarda fəaliyyət göstərən internet provayder şirkətləri arasında internet texnologiyaları sahəsində ən son yenilikləri tətbiq edərək abunəçilərə 2m.bits-dən 100 m.bits qədər limitsiz internet qoşulmanı ən münasib qiymətə təklif edən yeganə şirkətdir.
“Ailə NET” Azərbaycanda və ümumiyyətlə Cənubi Qafaqaz regionunda fiber-optik bazada genişzolaqlı, yüksəksürətli internet qoşulma həyata keçirən ilk şirkətdir və internet provayer şirkəti “Ailə TV” şəbəkəsinə daxildir.