Ailə qurmağa hazırlaşan və ya yeni ailə qurmuş gənclər pulsuz hüquqi məsləhət alacaqlar

Ailə qurmağa hazırlaşan və ya yeni ailə qurmuş gənclər pulsuz hüquqi məsləhət alacaqlarİnsan Hüquqları üzrə İctimai Şura Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə 10.09.2015 tarixindən etibarən “Ailə institutunun gücləndirilməsi məqsədilə gənclər üçün psixoloji və hüquqi yardımların təşkili” layihəsinin icrasına başlayıb.
Layihə çərçivəsində ailə qurmağa hazırlaşan və ya yeni ailə qurmuş gənclərin maarifləndirilməsi, onlara hüquqi və psixoloji dəstək verilməsi nəzərdə tutulmuşdur. Bu məqsədlə, İnsan Hüquqları üzrə İctimai Şuranın İnsan Hüquqlarına dair Beynəlxalq Standartların Təsbiti üzrə Birgə İşçi Qrupu ilə “Qaynar Xətt” xidmətindən birgə istifadəyə dair Anlaşma Memorandumu imzalanmışdır. Həmin Memoranduma əsasən, ailədaxili hüquqi problemləri olan və hüquqşünaslar tərəfindən pulsuz hüquqi məsləhət almaq istəyən gənclər Bakı şəhəri üçün 012-408-30-17 və 012-408-30-27, regionlardan və bütün mobil operatorlardan isə 088-408-30-17, 088-408-30-27 Qaynar xətt nömrələri vasitəsilə əlaqə saxlaya bilərlər. Qeyd edək ki, həm zənglər, həm də məsləhət pulsuzdur.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO