Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Ailə institutunun gücləndirilməsi məqsədilə gənclər üçün psixoloji və hüquqi yardımların təşkili” layihəsi artıq yekunlaşmaq üzrədir. 18 noyabrda layihənin effektivliyinin qiymətləndirilməsi üçün mətbuat konfransı keçirildi. Mətbuat konfransında layihə rəhbəri Nərgiz Ramazanova bildirmişdir ki, bu layihəni həyata keçirməkdə əsas məqsəd ailə qurmağa hazırlaşan gənclərə psixoloji dəstəyin verilmək, ailə hüququ sahəsində gənclərin maarifləndirilmək, ailənin uzunömürlü və möhkəm olmasında nikah müqaviləsinin rolu və əhəmiyyətini göstərmək gəncləri bu sahədə daha məlumatlı olmasını təbliğ etməkdir. Layihə çərçivəsində 2 dəfə Bakı, 1 Cəlilabad və 1 Şamaxı rayonlarında olmaqla olmaqla ümumilikdə 4 təlim keçirilmiş və 120 nəfərə yaxın gənclər arasında təbliğat aparılmışdır. Bundan əlavə olaraq, müraciət etmiş gənclərə hüquqşünas və psixoloq tərəfindən 2 ay müddətində fərdi konsultasiyalar təşkil olunmuş və İnsan Hüquqlarına dair Beynəlxalq Standartların təsbiti üzrə Birgə İşçi Qrupu ilə imzalanmış “Anlaşma Memorandumu”na əsasən “Qaynar xətt” xidməti vasitəsilə hüquqi məsləhətlər verilmişdir.
Mətbuat konfransında jurnalistlərin sualları cavablandırıldıqdan sonra layihənin əhəmiyyəti və gənclərin bu layihədə həvəslə iştirak etdikləri xüsusi vurğulanmışdır. Eyni zamanda Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının gənclərə ailə hüququ və psixologiyası sahəsində maarifləndirmə işlərinə verdiyi dəstək yüksək qiymətləndirilmiş, gələcəkdə də bu istiqamətdə layihələrin və geniş təbliğat işlərinin davam etdirilməsinin önəmi qeyd edilmişdir.
Mətbuat Xidməti