“Ailə TV ” rəqəmsal yayımda kanal sayını artırır

Ailə TV rəqəmsal yayımda kanal sayını artırır.

Şirkətin mətbuat katibi Əlimərdan Sultanovun SalamNews-a verdiyi məlumata görə, bu gündən etibarən Ailə TV kabel televiziyasının rəqəmsal yayımının abunəçiləri keçmiş “ATV İNT”, hazırda isə “CBC” (Caspian Broadcasting Company) kanalını AİLƏ TV – nin rəqamsal yayımında izləyə bilərlər. Kanalı izləmək üçün abunəçilər qəbuledicilərdə avtoaxtarış və ya əl ilə axtarış (434 Mhz) funksiyasını icra etməlidirlər. Bununla da Ailə TV rəqəmsal yayımın “Ailə“ baza paketində yayımlanan kanalların sayı hazırda 90-a çatıb.

Hazırda Ailə TV kabel operator televiziyası tərəfindən analoq yayımda 65, rəqəmsal yayımda 160-dan çox, HD yayımda isə 5 yüksəkdəqiqilikli kanal yayımlanır. Kabel televiziyası operatoru kanalların sayını periodik olaraq artırır və kanal artımı təkcə rəqəmsal yayımın baza paketində deyil, eləcə də “Ailə +”, “Sport”, “Sport +”, “Kino” və “Xarici” kimi əlavə paketlərə də şamil edilir. Müxtəlif yerli və xarici kanalları yayımlayan Ailə TV, Bakı və Gəncə şəhərlərinin ən böyük rayonlarında kabel televiziyası yayımı həyata keçirir və özünün optik şəbəkəsini genişləndirir. Şirkət fəaliyyətində ən son texnologiyalardan istifadə edir.

– See more at: http://az.salamnews.org/az/news/read/75048/aile-tv-reqemsal-yayimda-kanal-sayini-artirir/#sthash.XkZJYCcq.dpuf

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO