Azərbaycan Fotoqraflar Birliyinin (AFB) növbəti ənənəvi toplantısı keçiriləcək.
AFB İdarə Heyətinin sədri Mirnaib Həsənoğlunun SalamNews-a verdiyi məlumata görə, martın 31-də İRƏLİ təşkilatının konfrans zalında baş tutacaq tədbirdə Minskdə keçirilmiş “Şərq Əməkdaşlığı ölkələrində fotoqrafiya: problemlər və onların həlli” beynəlxalq konfransının işindən danışılacaq. Konfransda AFB-ni təmsil edən Anna Süleymanovanın hesabatı, Bakı şəhəri Mədəniyyət və Turizm İdarəsinin əməkdaşı Ayxan Əhmədovun çıxışı və birliyin gələcək planları haqqında məlumat dinləniləcək.
Xatırladaq ki, bir neçə ildir AFB üzvləri ayda bir dəfə toplaşıb cari məsələləri və perspektiv işləri müzakirə edir, təqdimatlar keçirir, fotoqrafiya sahəsində təhlillər aparırlar.