ADU-da yazıçı Afaq Məsud yaradıcılığı mövzusunda tədbir keçirilib

Azərbaycan Dillər Universitetində (ADU) “Afaq Məsud yaradıcılığı intermediallıq kontekstində” mövzusunda tədbir keçirilib.

SalamNews xəbər verir ki, tədbiri giriş sözü ilə açan ADU-nun rektoru Səməd Seyidov yazıçının yaradıcılıq xüsusiyyətləri barədə danışıb.

Sonra tədbirin təşkilatçısı professor Svetlana Cəbrayılova çıxışında Afaq Məsud yaradıcılığının bugünkü gənc nəslin klassik kimi qəbul etdiyi yazıçı kimi dəyərləndirib.

Daha sonra Afaq Məsud tədbir iştirakçıları ilə ürək sözlərini bölüşüb. Universitetin ayrı-ayrı fakültələrin tələbələri yazıçının əsərləri ilə bağlı təhlil xarakterli çıxış ediblər.

Tədbirin davamında Afaq Məsud universitet heyətini maraqlandıran sualları cavablandırıb.

Xatırladaq ki, yazıçı, dramaturq, əməkdar incəsənət xadimi Afaq Məsud 1990-cı ildən Respublika Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, «Xəzər» dünya ədəbiyyatı jurnalının baş redaktorudur. Əsərləri rus, ingilis, fransız, alman, polyak, fars, özbək dillərinə tərcümə və nəşr edilib.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO