ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov ilə görüşüb. Bu barədə Trend ABŞ Səfirliyinin “Twitter” səhifəsinə istinadən xəbər verir.
Görüşdə Azərbaycanda gənclərin maraq dairəsində olan məsələləri müzakirə edilib. R.Sekuta Azərbaycan gənclərinin Birinci Avropa Oyunlarının müvəffəqiyyətində oynadığı mühüm rolu yüksək qiymətləndirib.