“Abituriyentlər repititor yanına getmədən də “Youtube” sosial şəbəkəsi vasitəsilə qəbul imtahanına hazırlaşa bilərlər. Bu abitireyntlər üçün çox faydalı olacaq”.
Modern.az xəbər verir ki, bu sözləri Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Mələykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında söyləyib:
“ TQDK-nın saytından “Youtube “ ictimai informasiya resursuna müxtəlif roliklər qoyulacaq. Biz TQDK-nın ekspertləri ilə sınaq imtahanlarının nəticələrini müzakirə etmişik. Abituriyentlər adətən hansı suallarda çətinlik çəkirlər, problemlər nədir, bütün bunları araşdırılıb. Ekpertlərin bu barədə xüsusi çıxışları hazırlanıb. Onlar müxtəlif fənnlərdən abituriyentlərə faydalı bilgilər verəcəklər. Artıq iki çıxış hazırdır. Abituriyentlər bizim saytdan “Youtube” eçib baxa bilərlər. Müəyyən abituriyentlər var ki, onlar repititor yanına gedə bilmirlər. Dərslərdə müəyyən çətinlikləri olur. Bu, onlar üçün çox əhəmiyyətli olacaq”.
TQDK sədri onu da qeyd edib ki, oktyabr ayından artıq hər bir fənn üzrə mütəxəssislər belə roliklər vasitəsilə abituriyentlərə dərslər keçəcəklər.
“ Hazırda ancaq ümumi fənnlərdən roliklər hazırlanır. Roliklər Azərbaycan dilindədir. Gələcəkdə Azərbaycan tarixi fənnindən də rus dilində belə roliklər hazırlanacaq. Abituriyentləri bilgiləndirən həmin mütəxəssislərə də həvəsləndirici qrantlar ayrılıb”.