Komissiyanın cümə axşamı Çin tərəfi ilə danışıqlar apardığını deyən BOK-un vitse-prezidenti Qunilla Lindberqin sözlərinə görə, KİV nümayəndələrinin digər Olimpiadalarda olduğu kimi İnternetdən sərbəst istifadə edəcəklərinə dair razılıq əldə olunub. Lakin təşkilatçılar bəzi qadağaları qüvvədə saxlayıb. Belə ki, Çinin siyasi quruluşu, yaxud «milli maraqlara» qarşı yönəlmiş saytlar bağlanacaq.
Mənbə: lenta.ru