Doqquz ay ərzində respublikanın su hövzələrinə 370 milyon balıq körpəsi buraxılıb

Doqquz ay ərzində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamenti nəzdində fəaliyyət göstərən balıqartırma müəssisələri tərəfindən, ümumilikdə, 370 milyon balıq körpəsi süni yolla artırılaraq respublikanın müəyyən edilmiş su hövzələrinə buraxılıb.

Bu barədə AZƏRTAC-a nazirliyin su hövzələrində bioresursların artırılması sektorunun müdiri Fəridə Ələkbərova məlumat verib.

Sektor müdiri bildirib ki, su hövzələrinə buraxılan balıq körpələrinin 362 milyonunu çəkikimilər, 7,59 milyonunu nərəkimilər, 75 minini isə qızılbalıqların təşkil edir.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO