“Google” təsisçiləri öz səhmlərini satacaqlar
“Google” şirkətinin təsisçiləri Serqey Brin və Lari Peyc səhmlərinin bir hissəsini satmaq qərarına gəliblər.
Lent.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, səhmlərin satışından sonra təsisçilərin şirkət üzərində nəzarət bir qədər zəifləyəcək.
Hazırda “Google”da bu və ya digər qərarların qəbul edilməsi zamanı Sergey Brin və Lari Peyc birlikdə 58 faiz səsə malikdirlər. Paylarının bir hissəsini satandan sonra bu rəqəm 48 faiz olacaq. Təsisçilərin maddi vəziyyətinə gəlincə, onların hər birinə məxsus səhmlər 16 milyarda dollar dəyərləndirir.
Səhmlərin 5 il müddətinə həyata keçiriləcək satışından “Google”in yaradıcıları 3 milyon dollara yaxın vəsait əldə edəcəklər. Buna baxmayaraq, Sergey Brin və Lari Peyc şirkətin ən iri səhmdarları olaraq qalacaqlar. Bundan əlavə, biznesin idarə olunması, maliyyə tərəfi, yeni məhsulları bazara çıxarılması ilə bağlı bütün strateji məsələləri əvvəlki kimi onlar həll edəcəklər.
LENT.AZ