Kanadanın Monreal şəhərində dərc olunan rusdilli “Nasha qazeta” qəzetində 12-23 dekabr tarixli nömrəsində Bakıya həsr olunmuş “Mersi, Baku” başlıqlı məqalə yer alıb.
Azərbaycanın Kanadadakı səfirliyindən bildiriblər ki, Bakıda səfərdə olmuş məqalənin müəllifi Marina Velikanova, şəhər barədə təəssüratlarını qeyd etməklə yanaşı, paytaxtımızın tarixi özəllikləri haqqında da məlumat verib.
Məqalədə Şərqdə ilk opera teatrının və SSRİ-də ilk dəmir yolunun Bakıda açılması xüsusi qeyd olunur.
Müəllif, həmçinin Azərbaycanda ekoloji və qastronom turizmin inkişafına diqqətin yönəldiyini vurğulayır.