Milli Arxiv İdarəsi “Molla Nəsrəddin jurnalının nəşri tarixindən” toplusunu çapdan buraxıb.
Bu barədə APA-ya Milli Arxiv İdarəsinin rəis müavini Kamal Ağayev bildirib.
Onun sözlərinə görə, Milli Arxiv İdarəsinin direktoru Ataxan Paşayevin redaktorluğu və müəllifliyi ilə çap edilən kitabda jurnalın nəşrinə aid sənədlərin əsilləri, “Molla Nəsrəddin”in təqibinə səbəb olan karikaturalar yerləşdirilib. Nəşr üçün sənədlər Gürcüstan, Azərbaycan və Rusiya arxivlərindən toplanılıb.
K.Ağayev deyib ki, hazırda Milli Arxiv İdarəsi tərəfindən “Xalq Komissarları Soveti və Azərbaycan İnqilab Komitəsinin protokolları” çapa hazırlanır.