Sabah saat 11-00-da Mətbuat Şurasının iclas zalında Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin (KİV) İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən maliyyələşdirilən “Azərbaycanda KİV-in dünya informasiya məkanına çıxışı vəziyyətinin araşdırılması, beynəlxalq media qurumlarının təcrübəsinin öyrənilməsi və onlarla əməkdaşlıq əlaqələrinin qurulması” layihəsi çərçivəsində “Azərbaycan mediasının beynəlxalq əlaqələri: real vəziyyət və çıxış yolları” mövzusunda 2-ci Dəyirmi masa keçiriləcək. Bu barədə SİA-ya Mətbuat Şurasından məlumat verilib.
Məlumata görə, tədbirdə Azərbaycan mətbuatının beynəlxalq vəziyyəti barədə müzakirələr aparılacaq.