Tanınmış jurnalist və köşə yazarı Elçin Səlcuq (Quliyev) vəfat edib. Bu barədə APA-ya jurnalistin həmkarı və yaxın dostu Qan Turalı məlumat verib. Qan Turalı E. Səlcuqun bu gecə Sabunçu 3 saylı Şəhər Klinik Xəstəxanasında dünyasını dəyişdiyini deyib. Onun sözlərinə görə, E. Səlcuq uzun müddətdir, qara ciyər serrozundan əziyyət çəkirmiş. Q. Tural jurnalistin bu gün Buzovna qəbiristanlığında dəfn edildiyini bildirib.
Qeyd edək ki, bir neçə gün əvvəl Elçin Səlcuqun 46 yaşı tamam olub. O, 1964-cü ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olub. Müxtəlif vaxtlarda ölkənin tanınmış mətbu orqanlarında çalışıb.
Allah rəhmət eləsin!