Bu gün Azərbaycan mətbuatının ağsaqqalı, milli mətbuatımızın usanmaz araşdırıcısı, BDU-nun müəllimi, professor Şirməmməd Hüseynovun ad günüdür. 1924-cü il dekabrın 17-də Şəkidə doğulan Şirməmməd Hüseynovun 85 yaşı tamam olur.
Böyük ömür yolu keçən Şirməmməd müəllim Azərbaycan tarixinin ən önəmli olaylarının canlı şahidinə çevrilib.
Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin irsinin öyrənilməsində, təbliğində onun misilsiz xidməti var.
Mətbuat tariximizin qaranlıq səhifələrinə işıq salanların arasında Ş.Hüseynovun adı ön cərgədə çəkilir.
Modern.az bütün jurnalistlərin əziz müəllimini ad günü münasibətilə təbrik edir