“Fənərbaxça” klubunun futbolçusu Kolin Kazımın atası Rudni Riçard polislər tərəfindən tutularaq şöbəyə aparılıb. SİA-nın məlumatına görə, onun tutulmasının səbəbi jurnalistlərə hücum etməsi olub. Belə ki, restoranda futbolçunu çəkmək istəyən TRT-nin opertor və müxbirinə əsəbləşən Kazımın atası jurnalistlərin üzərinə hücuma keçib. Təhlükəsizlik xidmətinin əməkdaşlarının səyləri nəticəsində yatırılan davadan sonra R.Riçard ingiliscə jurnalistləri təhqir etməyə başlayıb. Bunu görən jurnalistlər isə polisə zəng edərək şikayət ediblər. Hadisə yerinə gələn polislər R.Riçardı şöbəyə aparıblar. Polislər onu dindirildikdən sonra azad ediblər.