Laçının şəhər adı almasının 85 illiyinə həsr olunan “Laçın-85” adlı kitab “Araz” nəşriyyatında nəşr edilib. Laçının mədəniyyəti, tarixi abidələri, memarlığı, görkəmli şəxsiyyətləri, şəhərin daxil olduğu Zəngəzur mahalı və onun tarixi haqqında məlumatlar toplanan nəşrin müəllifi Ziyadxan Nəbibəyli, redaktoru filologiya elmləri doktoru Şirindil Alışanovdur. Nəşrdə tarixi şəxsiyyət Heydər Əliyevin Laçın şəhərinə, Laçın bölgəsinə, onun insanlarına verdiyi qiymət, habelə Laçınla bağlı fərman və sərəncamlarının fotoşəkilləri öz əksini tapıb.