İran hökuməti müvəqqəti olaraq ölkədəki xarici jurnalistlərin akkreditasiyasını ləğv edib.
Lent.az-ın “BBC”yə istinadən verdiyi məlumata görə, jurnalistlərin işləməsinə qadağa 7-9 dekabr tarixində qüvvədə olacaq.
Dekabrın 7-də İranda 1953-cü ildə Amerika səfirliyinə hücum zamanı ölən tələbələrin xatirəsinə həsr olunan mitinq keçirilir. İran hökuməti yayda keçirilən prezident seçkilərinin nəticəsindən narazı qalan müxalifət üzvlərinin icazəsiz aksiyalara başlayacağından narahatdır. Xarici jurnalistlərin fəaliyyətinin qadağan olunmasından əlavə, hökumət mobil rabitə və internetin fəaliyyətini də məhdudlaşdıracaq.
LENT.AZ