Azərbaycanda KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu jurnalistlər üçün elan olunan fərdi müsabiqənin müddətini uzadacaq.
“Jurnalistlər məqalələrin təqdimatı üçün vaxtın az olduğundan gileyləndiklərinə görə vaxtı dekabrın 5-dən 12-nə qədər uzadacağıq, – çərşənbə axşamı Trend News-a Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun rəhbəri Vüqar Səfərov bildirib.
Trend News-un arayışı: Azərbaycan Prezidenti İlham Əliyev bu il aprelin 3-də Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması haqda fərman imzalayıb. Fondun xərcləri hər il dövlət büdcəsində ayrıca göstəriləcək.
Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu iyunun 25-dən 12 istiqamət üzrə müsabiqə elan etmişdi. Hər layihə üçün maksimum məbləğ 20 min manat müəyyənləşdirilmişdi. Ərizələr iyulun 1-dən 31-dək qəbul olunmuşdu.
Qaliblərdən 30-u qəzet, 13-ü informasiya agentliyi, 6-sı jurnalist təşkilatı və 6-sı digər əlaqəli təşkilatlar kateqoriyasına aiddir.
Səfərovun sözlərinə görə, indiyə qədər fonda 20-yə yaxın jurnalist yazı təqdim edib. “Dekabrın 12-dən sonra jurnalistlərin müxtəlif mövzularda təqdim etdikləri yazılar ekspertlər tərəfindən araşdırılıb qaliblər müəyyənləşdiriləcək”, – Fondun rəhbəri əlavə edib.
Qaliblərin mükafatlandırılmasına gəldikdə, o deyib ki, mərasim ayın 29-u, yaxud 30-da keçirilə bilər. “Biz Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə böyük bir tədbir keçirmək niyyətindəyik. Düşünürəm ki, qaliblər həmin tədbirdə elan olunacaqlar”, – Səfərov vurğulayıb.
Azərbaycanda dörd minə yaxın kütləvi infоrmаsiyа vаsitəsi qеydiyyаtdаn kеçib. Hаzırdа оnlаrdаn 600-ə yахını fəaliyyət göstərir. Təхminən 400-ə qədər qəzеt və jurnаl dərc оlunur, 8 ümumrespublika, 14 regional, 13 kabel televiziyası fəаliyyət göstərir. Аzərbаycаndа 50-yə yaxın elektron KIV, təxminən 20 informasiya agentliyi vаr. Qalanları isə internet resurslarıdır.