Azərbaycan Yazıçılar Birliyində xalq yazıçısı Çingiz Abdullayevin gənclərlə görüşü keçirilib. Yazıçı tələbələrə atasına həsr etdiyi “Qatil üçün qran-pri” əsəri və sevdiyi yazıçı Natiq Rəsulzadə barədə danışıb.
Ç. Abdullayevin sözlərinə görə, ondan əsərlərinin Çin dilində tərcümə olunması üçün icazə istəyiblər.
Qeyd edək ki, yazıçının əsərləri artıq 28 dilə tərcümə olunub.