Azəri Press Agentliyinin (APA) 5 yaşının tamam olması münasibətilə agentliyin baş direktoru Vüsalə Mahirqızı başda olmaqla çoxsaylı kollektivin bütün üzvlərini təbrik edirik. Onlara Azərbaycan dövlətçiliyinin və söz azadlığının inkişafı istiqamətində gərgin zəhmətinizdə uğurlar diləyirik.
Hörmətli Vüsalə xanım və kollektiv! Təsadüfi deyil ki, jurnalistlərin fədakar əməyini arının pətəyə bal toplamasına bənzədirlər. Bu fikrin arxasında iki böyük həqiqət dayanır. Biri təbii ki, zəhmətkeşliyə işarədir. İkincisi isə yığılan məhsulun oxucunun ovqatına şirinlik qatması – onu əhatə edən sfera haqqında məlumatlandırması, maarifləndirməsi, rahatlandırması, sakitləşdirməsi anlamına gəlir.
Siz də 5 illik fəaliyyətinizdə bu istiqamətdə müəyyən edilmiş şkalaların əksəriyyətinin öhdəsindən gələ bilmisiniz.
Tarixi yolunuzun əsrlərə sığmaması arzusu ilə
Söz Azadlığını Müdafiə Fondunun (SAMF) kollektivi