«İstintaq təcridxanasında ərimin yazdığı əlyazmaların taleyi naməlumdur. Vəkil Rəşid Hacılının Bayıl istintaq təcridxanasının rəisinə müraciətinə belə belə cavab verilib ki, jurnalistin əlyazmaları Penitensiar sistemə verilib, – deyə, jurnalistin həyat yoldaşı qeyd edib. A.Mursəliyeva indii də Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən cavab gözlədiklərini deyib. «Həyat yoldaşımın əlyazmazları qaytarılmayacağı təqdirdə, məhkəməyə müraciət etməli olacağıq», – deyə, vurğulayıb.
Qeyd edək kİ, Bayıl istintaq təcridxanasının rəisi Misir Əliyev oxumaq bəhanəsi ilə Zahidin əlyazmalarını götürüb və bu günə kimi də qaytarmayıb.
Mənbə: day.az