Yevgeniya Jivkova: “Azərbaycanda hələ də narahatlıq doğuran problemlər var”

Yevgeniya Jivkova: “Azərbaycanda hələ də narahatlıq doğuran problemlər var”AŞ PA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Yevgeniya Jivkovanın APA-ya verdiyi məlumata görə, hələlik ölkəmizlə bağlı qətnamənin hansı formada qəbul olunacağı dəqiqləşməyib: “Həmməruzəçilər olaraq biz Azərbaycanda bəzi problemlərdən hələ də narahatıq. Bu problemlər sırasında medianın durumu, siyasi məhbuslar məsələsi, yeni qəbul olunmuş Seçki Məcəlləsinə bəzi iradlar və s. qeyd edə bilərəm”.
İyunun 27-də isə AŞ PA üzvləri Azərbaycanda siyasi məhbuslarla bağlı xüsusi həmməruzəçinin təyin olunub-olunmaması məsələsini müzakirə edəcəklər. Yevgeniya Jivkovanın sözlərinə görə, AŞ PA Monitorinq Komitəsinin Kiyevdə keçirilən iclasından sonra Azərbaycanda vəziyyət o qədər də dəyişməyib. O, yeganə dəyişiklik kimi ölkədə Seçki Məcəlləsinə dəyişikliklər edilməsini, “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunun qəbulunu qeyd edib.

Mənbə: APA

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO