İTV-nin büdcəsinin artırılması istənilir

Modern.az xəbər verir ki, parlamentdə 2010-cu ilin dövlət büdcəsinin müzakirəsi zamanı deputatlat dövlət tərəfindən İctimai Televiziya və Radio Yayım Şirkətinə ayrılan vəsaitin artırılmasını təklif ediblər.
Fəzail Ağamalı bildirib ki, bu telekanal özünü doğruldub: “Ancaq büdcədən onun fəaliyyəti üçün ayrılan vəsait yetərli deyil. Ona görə də bu vəsait artırılmalıdır”.
Deputatlardan Qənirə Paşayeva və Sabir Rüstəmxanlı da eyni təkliflə çıxış ediblər.
Xatırladaq ki, dövlət büdcəsi layihəsində AzTV-yə 30 milyon manat, İTV-yə isə 8 milyon manat vəsait ayrılması nəzərdə tutulur.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO