Son beş ayda İranda 100 jurnalistin həbs edildiyi bildirilib

“Sərhədsiz Reportyorlar” təşkilatının hesablamasına görə, son beş ayda İranda ən azı 100 jurnalist həbs edilib. Həbslər builki prezident seçkisinin rəsmi nəticələrinə qarşı kütləvi etiraz aksiyalarından sonra güclənib.

“Media forum” saytının məlumatına görə, “Sərhədsiz Reportyorlar” bildirib ki, prezident seçkisi ilə bağlı kütləvi aksiyalar zamanı tutulan jurnalistlər tədricən ağır şərtlərlə azadlığa buraxılsalar da, onlardan 23-ü hələ də həbsdədir.

“Sərhədsiz Reportyorlar” İran zindanlarında ən azı 32 peşəkar jurnalistin saxlandığını vurğulayır.

«Media forum»

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO