“Azərbaycanda parlament seçkiləri sakit şəraitdə keçdi və ölkədəki sabitliyi daha da möhkəmləndirdi”.
Bunu Trend-ə İranın Azərbaycandakı səfiri Möhsün Pakayin deyib.
Səfir bilidirb ki, bəzi xarici qüvvələrin seçkilər zamanı gərginliklə bağlı təsəvvürlər yaratmaq cəhdlərinə baxmayaraq, hesabatlar seçkilərin sakit şəraitdə keçdiyini göstərir: “Qərbin əsassız təzyiqlərinə qarşı Bakının müqaviməti sübut edir ki, bəzi dövlətlərin diktə və güc siyasəti tamamilə təsirsizdir”.
Qeyd edək ki, Mərkəzi Seçki Komissiyasnın ilkin nəticələrinə görə, ölkə üzrə ümumi seçici fəallığı 55,7 faiz olub. Yəni 5 milyon 198 min 658 seçicinin 2 milyon 890 mindən çoxu seçkidə iştirak edib. Bu isə ötən parlament seçkilərindən təxminən 6 faiz çoxdur.
Ötən gün Azərbaycanda 125 seçki dairəsi üzrə liderlik edən namizədlər açıqlanıb.