AVCİYA parlament seçkiləri ilə bağlı apardığı monitorinqin nəticələrini açıqlayıb

AVCİYA parlament seçkiləri ilə bağlı apardığı monitorinqin nəticələrini açıqlayıbAzərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) seçkilərin uzunmüddətli müşahidəsinə dair aralıq hesabatını təqdim edib.

AZƏRTAC xəbər verir ki, AVCİYA-nın seçki qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı hesabatın sentyabrın 1-dən oktyabrın 1-dək olan müddəti əhatə etdiyini söyləyib. O deyib: “Assosiasiyanın apardığı monitorinq onu deməyə əsas verir ki, parlament seçkiləri ərəfəsində ölkədəki əlverişli ictimai-siyasi mühit, siyasi təşkilatlar arasında keçirilən dialoq, vətəndaş cəmiyyəti institutlarının əvvəlki illərdən fərqli olaraq daha da inkişaf etməsi, söz və mətbuat azadlığı sahəsində vəziyyətin beynəlxalq standartlara uyğun olması şəffaf, demokratik seçkilərin keçirilməsi üçün əlverişli zəmin yaradır. Eyni zamanda, Azərbaycanda sərbəst toplaşma azadlığı da təmin edilir”.

Qeyd edilib ki, bütün bölgələrdə müşahidəçilər üçün təlimlər keçirilib. Seçki qərargahı, həmçinin beynəlxalq qurumların Azərbaycana qarşı qərəzli münasibətinə dair təhlil aparıb. Beynəlxalq qurumlar tərəfindən 2003-cü ildən bəri Azərbaycana qarşı irəli sürülən iradlar əsasən təkrar xarakterlidir.

AZƏRTAC

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO