Qvatemala Xocalı soyqırımı ilə bağlı qətnamə qəbul etdi

Qvatemala Konqresində Azərbaycanın suveren ərazisinin istilasını və hərbi işğalını pisləyən, eləcə də münaqişənin beynəlxalq hüquq normalarına və BMT-nin qətnamələrinə uyğun olaraq sülh yolu ilə nizamlanması üçün Ermənistana çağırış edilən qətnamə səs çoxluğu ilə qəbul edilib.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, qəbul edilmiş qətnamədə 1992-ci ilin 26 fevral tarixində Xocalı şəhərində dinc əhaliyə qarşı soyqırımı aktının törədilməsi pislənilir.
Sənəddə Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurası tərəfindən tərəfləri dialoqa, münaqişənin həlli üçün mexanizm hazırlamağa çağıran və beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində ərazi bütövlüyü prinsipinə hörməti tələb edən qətnamələrin qəbul edildiyi, Qvatemalanın BMT-yə üzv dövlət kimi beynəlxalq hüquqa hörmət çərçivəsində universal dəyərlərin təmin olunmasına tərəfdar olduğu ifadə edilir.
Trend.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO