Elxan Süleymanov qərəzli anti-Azərbaycan qətnamə ilə bağlı Avropa Parlamenti üzvlərinə 2 məktub ünvanladı

Elxan Süleymanov qərəzli anti-Azərbaycan qətnamə ilə bağlı Avropa Parlamenti üzvlərinə 2 məktub ünvanladıAvropa Parlamenti 9 sentyabr 2015-ci ildə Azərbaycana qarşı qeyri-obyektiv və qərəzli qətnamə qəbul etdi. Səsvermə zamanı deputatların 365 nəfəri qətnamənin lehinə, 202 nəfəri əleyhinə səs verdi, 72 nəfəri isə bitərəf qaldı. Bu isə faktiki olaraq qətnaməyə etiraza dəlalət edirdi, çünki 365 AP deputatı təcili qətnamənin lehinə səs versə də, 274 deputat bu qətnaməni dəstəkləmədi. Səsvermənin nəticələri Azərbaycana münasibətdə AP deputatları arasında ciddi fikir ayrılığının olduğunu təsdiq etdi.
Avronest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov Azərbaycan ilə dostluq və əməkdaşlığı dəstəkləyərək qətnamənin əlehinə səs vermiş AP üzvlərinə, həmçinin anti-Azərbaycan kampaniyanı dəstəkləyərək qətnamənin lehinə səs vermiş AP üzvlərinə ayrı-ayrı olmaqla 2 məktub göndərmişdir. Məsələnin aktuallığını nəzərə alaraq hər 2 məktubu olduğu kimi oxucuların diqqətinə çatdırırıq.

Azərbaycan ilə dostluq və əməkdaşlığı dəstəkləyən Avropa Parlamenti üzvlərinin nəzərinə

Avropa Parlamentinin hörmətli üzvləri,

Görünür ki, bir daha böhtan həqiqətə, yalanlar isə əməkdaşlığa üstün gəlmişdir və təəssüf ki, Avropa Parlamenti Azərbaycana qarşı daha bir qərəzli təcili qətnamə qəbul etdi. Bununla belə, problemlər və böhranı aradan qaldırmağın yeganə yolunun əsassız hücumlar deyil, əməkdaşlıq və dialoq olmasını anlayan sizin kimi bir çox Avropa Parlamenti üzvünün olması bizi ruhlandırır.

Azərbaycana qarşı görünməmiş yanlış məlumatlandırma kampaniyasında mövqeyiniz üçün, ölkəmiz və Avropanın müqəddəratının bir-biri ilə dostluqla bağlı olduğunu anladığınız üçün sizə ürəkdən təşəkkür etmək istərdik! Düşünürük ki, bu məsələ ilə bağlı doğru mövqe seçmisiniz və bunu dəyərləndiririk.

Avropa Parlamenti daxilində aydın anti-Azərbaycan qərəzi olduğuna baxmayaraq, hələ də həqiqətə və sağlam düşüncəyə maraq göstərən şəxslərin olmasını uğurla nümayiş etdirirsiniz. Sizin mövqeyiniz hər iki tərəfə yalnız fayda gətirə bilər. Azərbaycan dinamik gəncliyi olan, müasir düşüncəli güclü, çiçəklənən ölkədir. Onun vətəndaşları azad, qanunları güclüdür və hakimiyyət də daxil olmaqla, hər kəs tərəfindən qanunlara hörmət edilir. Məhkəmə sistemi beynəlxalq standartlara uyğun fəaliyyət göstərir. Sənəti və ya siyasi mənsubluğundan asılı olamyaraq, hər hansı bir vətəndaş qanunları pozduğu halda, müvafiq olaraq cəzalandırılır.

Ölkədə problemlərin olması fikri doğrudur. 23 il silahlı təcavüzdən əziyyət çəkməsi, xeyli sayda qaçqınların olması, çox mürəkkəb regionda yerləşməsi Azərbaycanda çətin vəziyətin yaranmasına səbəb olmuşdur. Bizim həqiqətən də sizin əməkdaşlıq və yardımınıza ehtiyacımız var. Bizim daha yaxşı ticarət tərəfdaşlıqlarına, təqaüdlərə, mədəni əməkdaşlığa və erməni işğalı ilə bağlı məsələlərdə dəstəyinizə ehtiyacımız var. Ümümi məsələlərin həlli üçün sizinlə Avronest də daxil olmaqla, müxtəlif çərçivələrdə çalışmağa hazırıq.

Son qətnamə kimi hadisələrdən sonra sizə müraciət etmək istərdik. Bizə qarşı tez-tez baş verən belə böhtan və ittihamlarla qarşılaşdığınız zaman məsələni aydınlaşdırmaq üçün bizə müraciət etməkdən çəkinməyin. Biz sizi Azərbaycan reallıqları ilə bağlı bütün mümkün məlumatlarla təmin etməkdə hər zaman maraqlı olacağıq. Yalnız belə açıq və səmimi dialoq vasitəsilə biz, Avropada bəzi siyasətçilərin bizə qarşı tətbiq etmək istədiyi uzaqlaşdırma siyasətindən yayına bilərik.

Xahiş edirəm dostluğumuzun davamlı olacağına əmin olun!

Hörmətlə,
Elxan Süleymanov
Azərbaycanın Avronest Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO