Azərbaycanda təhsil sektorunda daha bir layihəyə start verilir

Azərbaycanda təhsil sektorunda daha bir layihəyə start verilirAzərbaycanda start verilən yeni bir layihə çərçivəsində məktəb direktorlarına təlim kursları keçiriləcək. Bunu Trend-ə Təhsil Nazirliyinin mətbuat xidmətindən bidiriblər.

Məlumatda bildirilir ki, bu gündən 9 sentyabra kimi Quba rayonunda Təhsil Nazirliyi, “Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzinin və Paris Sorbonna Universitetinin Abu Dabi kampusunun birgə əməkdaşlığı ilə “Məktəb idarəetməsi” mövzusunda təlim kursu təşkil olunacaq. İntensiv təlim proqramının əsas məqsədi seçilmiş məktəb direktorları üçün qabaqcıl təlim sistemi və effektiv məktəb idarəetməsi anlayışını tanıtmaq, məktəb rəhbərlərinin liderlik potensialını inkişaf etdirməkdir. Təlim xüsusi dəvət olunmuş Paris Sorbonna Universitetinin professoru Florent Pratlong tərəfindən keçiriləcək. Əlavə olaraq, kurs çərçivəsində yerli təlimçilər tərəfindən liderlik, məktəb çərçivəsində şagird sağlamlığının qorunması, vaxtın idarəolunması, təqdimat bacarıqlarının inkişafı və s. mövzularda interaktiv sessiyalar təşkil olanacaq.

İştirakçıların asudə vaxtını səmərəli təşkil etmək üçün yaradıcı ev tapşırıqları veriləcək, intellektual oyunlar və kino axşamları təşkil olunacaq.

Təlim kursunda iştirak etmək məqsədilə 40 nəfər məktəb direktoru seçilib. Onların arasında Təhsil Nazirliyinə tabe olan, eyni zamanda, Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən tövsiyə olunmuş məktəb direktorları və 2013-2014-cü ilin buraxılış imtahanlarının nəticələrinə uyğun olaraq hazırlanmış reytinqə əsasən Sumqayıt şəhəri və rayon məktəblərinin direktorları iştirak edəcəklər.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO