Nəqliyyat Nazirliyi yanında Dovlət Avtomobil Nəqliyyatı Xidmətinə yeni rəis müavini təyin olunub.
Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) mətbuat xidmətinin rəhbəri Şəfa Mehmanqızı Trend-ə bildirib ki, nəqliyyat naziri Ziya Məmmədovun 21 avqust 2015-ci il tarixli əmri ilə bu vəzifəyə İbrahim Əliyev təyin edilib.
Qeyd edək ki, bundan öncə İbrahim Əliyev Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzində (NİİM) baş direktorun müavini – texniki direktor vəzifəsində çalışıb.