Siqaret çəkənlərə bəd xəbər: yeni qaydaların tətbiqi gözlənilir

Siqaret çəkənlərə bəd xəbər: yeni qaydaların tətbiqi gözlənilirAzərbaycanda ictimai yerlərdə siqaret çəkməyin qadağan edilməsi gələn ilin sonuna qədər qanun çərçivəsində həll oluna bilər. Bu barədə Trend-ə Milli Məclisdən məlumat verilib.

Bildirilib ki, ictimai yerlərdə siqaret çəkməyin qadağan olunması hissə-hissə həyata keçirilir və bu da yaxşı nəticələr verib: “İlk olaraq bir neçə il bundan əvvəl ictimai nəqliyyatda siqaret çəkməyi qadağan edən qanun qəbul edildi. Bu qanun artıq işləyir. Bundan əlavə, ötən ilin sonuncu iclasında Vergi Məcəlləsinə əlavə və dəyişikliklər oldu. Tütün məmulatlarına aksiz vergiləri qaldırıldı və onun qiymətləri artırıldı”.

Məlumata görə, Milli Məclisin növbəti iclaslarında da bu məsələ yenidən qaldırılacaq: “İctimai yerlərdə siqaret çəkməyin qadağan edilməsi ilə bağlı məsələ bu ilin payız sessiyasında və yaxud da gələn ilin yaz sessiyasında qanun çərçivəsində tam həll oluna bilər”.

Məsələ qanun çərçivəsində həll olunduqdan sonra hava və dəniz limanlarında, dəmiryolu və avtobus vağzallarında, şəhərlərarası bütün marşrutlarda, taksi də daxil olmaqla bütün ictimai nəqliyyat növlərində siqaret çəkilməsi qadağan ediləcək. Bundan başqa, kinoteatrlarda, idman yarışları və konsertlər keçirilən qapalı zallarda, tədris müəssisələri, uşaq bağçaları, səhiyyə və ictimai-iaşə müəssisələrində, şadlıq evlərində siqaret çəkilməsinə məhdudiyyət qoyulması nəzərdə tutulur. İş yerlərində isə xüsusi ayrılmış yerlərdə siqaret çəkilməsinə icazə veriləcək.

Qeyd edək ki, ABŞ-ın təxminən 40-dan artıq ştatında, Avropa Birliyi ölkələrinin əksəriyyətində, Türkiyədə, Baltikyanı ölkələrdə ictimai yerlərdə siqaret çəkməyin məhdudlaşdırılması haqqında qanun qəbul olunub.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO