Alimlər: spirtli içkidən tamam imtina etmək xroniki alkoqolizmdən daha təhlükəlidir

Alimlər: spirtli içkidən tamam imtina etmək xroniki alkoqolizmdən daha təhlükəlidirTexas Universitetinin alimləri müəyyən ediblər ki, spirtli içkidən tamam imtina etmək alkoqolizmdən daha təhlükəlidir. Statistikaya əsasən, spirtli içki qəbul etməyənlər xroniki alkoqoliklərlə müqayisədə daha az yaşayır.

Trend-in Korrespondent.net saytına istinadən verdiyi məlumata əsasən, bu barədə “Alcoholism: Clinical and Experimental Research” elmi jurnalı xəbər yayıb.

Tədqiqatçılar 20 illlik müşahidələrini yekunlaşdırıblar. Qeyd edək ki, təcrübədə 55-65 yaşlı 1800 nəfər iştirak edib. Təcrübə iştirakçılarının hamısını xroniki alkoqoliklər, orta səviyyədə spirtli içki qəbul edənlər və ümumiyyətlə spirtli içkidən istifadə etməyənlər olmaqla 3 qrupa ayırıblar.

Tədqiqatın nəticələrinə əsasən, spirtli içki qəbul etməyənlərin 69 faizi 65 yaşına çatmır. Xroniki alkoqoliklərdə bu göstərici 60 faiz, orta səviyyədə spirtli içki qəbul edənlərdə isə 41 faiz təşkil edib.

Bundan başqa, müəyyənləşdirilib ki, həyat tərzi, fiziki aktivlik, peşə və ya məvacibin həcmi ümumiyyətlə insan ömrünə təsir etmir.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO