“İctimai informasiyaların rəsmi internet resurslar vasitəsilə açıqlanması: real vəziyyət və perspektivlər”

Multimedia Mərkəzi tərəfindən 29 oktyabr 2009-cu il tarixdə, saat 11.00-da, Azərbaycan Media Mərkəzində “İctimai informasiyaların rəsmi internet resurslar vasitəsilə açıqlanması: real vəziyyət və perspektivlər” mövzusunda dəyirmi masa keçiriləcək.

Mərkəzdən SİA-ya verilən məlumata görə, dəyirmi masada ictimai əhəmiyyətli informasiyaların internet resurslar vasitəsilə yayılması sahəsində mövcud durum və problemlər, dövlət qurumlarının və bələdiyyələrin internet resurslarının bu sahədəki rolu ətrafında müzakirələr aparılacaq.

Dəyirmi masada 50 dövlət qurumunun və 10 bələdiyyənin rəsmi internet resurslarının cari il ərzində həyata keçirilən informasiya açıqlığı üzrə monitorinqinin nəticələri açıqlanacaq. Dövlət qurumlarının və bələdiyyələrin informasiya açıqlığı üzrə reytinq cədvəli təqdim olunacaq.

Monitorinq İnformasiya azadlığı sahəsində mövcud qanunvericilik və beynəlxalq normalar nəzərə alınmaqla Multimedia Mərkəzi tərəfindən hazırlanan Metodika əsasında gerçəkləşdirilib.

SİA

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO