Azərbaycanda 2014-cü il yanvarın 1-dən bu il iyulun 1-ə kimi ümumilikdə 187,9 min olmaqla 153,1 min daimi iş yerləri yaradılıb.
Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, bu ilin birinci yarımili ərzində Azərbaycanda 60,6 min yeni, o cümlədən 48,0 min daimi iş yerləri açılıb. Bu dövr ərzində açılan iş yerlərinin 75,1 faizi qeyri-dövlət sektorunda 19,8 faizi Aran, 14,3 faizi Gəncə-Qazax , 7,7 faizi Abşeron, 6,5 faizi Lənkəran, 5,1 faizi Şəki-Zaqatala, 4,4 faizi Dağlıq Şirvan, 4,3 faizi Quba-Xaçmaz, 3,0 faizi Naxçıvan, 3,0 faizi Yuxarı Qarabağ, 0,7 faizi isə Kəlbəcər-Laçın iqtisadi rayonunun payına düşüb.
Verilən məlumatda qeyd olunur ki, daimi iş yerlərinin 13,7 faizi yeni yaradılan müəssisə və təşkilatlarda, 0,7 faiz fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 74,3 faizi isə fiziki şəxslər tərəfindən yaradılıb.
Müəssisələrdə açılan daimi iş yerlərinin 5,6 faizi tikinti, 2,8 faizi emal sənayesi, 3,7 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri, 0,4 faizi nəqliyyat və anbar təsərüffatın, 1,8 faizi dövlət idarəetməsi və müdafiə, sosial təminat, 0,8 faizi təhsil, 0,3 faizi təhsil, 0,3 faizi informasiya və rabitə, 0,5 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 1,3 faizi peşə, elmi və texniki fəaliyyət, 0,8 faizi maliyyə və sığorta fəaliyyəti, 1,0 faizi kənd təsərüffatı, meşə təsərrüfatı və balqçılıq, eləcə də digər fəaliyyət sahələri üzrə ixtisaslaşan müəssisə və təşkilatlarda yaradılıb.